Yeni Zenlandiyaya məxsus təyyarə qəzaya uğrayıb

2018/08/Снимок_1534143158.png
Oxunub: 2023     14:50     13 Avqust 2018    
Yeni Zenlandiya Kral Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Ohakeya aviabazası yaxınlığında qəza enişi etməli olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Yeni Zenlandiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, bu gün yerli vaxtla saat 10:20-də hərbi hava qüvvələrinin təkibindəki "Harvard” döyüş təyyarəsi təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Məlumata əsasən, qəza zamanı təyyarənin göyərtəsində olan hər iki pilot uğurlu katapult enişi edərək hadisədən xilas olmağı bacarıblar.

Qeyd edək ki, sözügedən “Harvard” qırıcısı ikinci dünya müharibəsində istifadə olunmuş və hələ də xidmət göstərən tarixi hərbi təyyarə idi. Qəzaya da məhz təyyarənin köhnəlmiş mühərrik sistemlərində baş verən nasazlıq səbəb olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Zenlandiya   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin