Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Cənubi Koreya nümayəndə heyətinə ölkənin Birləşmə naziri Ço Myunq-qyon, əks tərəfdən isə KXDR-in Yenidən Birləşmə Komitəsinin sədri Ri Son Qvon başçılıq edir.
İki ölkənin sərhədində yerləşən Panmuncom qəsəbəsində baş tutan danışıqlarda Pxenyan sammitinin bu ayın sonuna planlaşdırıla biləcəyi söylənilir.
Ağalar Ağalarlı
Ordu.az