Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Rusiya Müdafiə Nazirliyindən verilib.
Bildirilib ki, ötən gün hələlik kimə məxsus olduğu bilinməyən 2 dron ardıcıl olaraq bazanın üzərində təhlükəli uçuşlar həyata keçirib.
Rəsmi məlumata əsasən, hər iki dron bazada yerləşdirilən hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.
Hadisə nəticəsində ölüm və yaralanma halı, yaxud maddi ziyan halı baş verməyib.
Dəyanət Ağalarlı
Ordu.az