Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla ordu yerli əhalini terrorçulara qarşı etirazlara qaldıraraq bölgədəki silahlı qruplaşmaları daxildən zəiflətməyi planlaşdırır.
Belə ki, bunun üçün də məktublarda əhalinin bölgədə fəaliyyət göstərən yerli koordinasiya mərkəzləri ilə əməkdaşlıq etmələri xahiş olunub.
“Sizin Suriya Ərəb Ordusu ilə əməkdaşlığınız özünüzü və yaxınlarınızı terrorçulardan azad edəcək. Biz hər birinizi bölgədəki koordinasiya mərkəzlərinə gedərək əməkdaşlıq göstərməyə səsləyirik. Müharibə çox yaxında başlayacaq. Onun tez bitməsi sizin dəstəyinizdən asılıdır”, - deyə məktublarda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az