Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı bu barədə KXDR hərbi mənbələri məlumat yayıb.
Bildirilib ki, artıq paradda iştirak edəcək hərbçilər, çox sayda silah-sursat və döyüş texnikası paradın keçiriləcəyi Kim İl-Sunq meydanının yaxınlığına yerləşdirilib.
Qeyd olunub ki, hələlik hər hansısa raket sistemlərinin paradda təqdim edilib-edilməyəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 100 minə qədər ordu qulluqçusunun iştirak edəcəyi nəhəng parad sentyabrın 9-da baş tutacaq.
Dəyanət Ağalarlı
Ordu.az