Yaponiya, Pakistan və İraq ABŞ-a qarşı İranın yanında yer alır

2018/08/Iran-missle-2_1527079629_1533821542.jpg
Oxunub: 474     21:31     09 Avqust 2018    
Yaponiya, Pakistan və İraq nümayəndələri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarda ölkələrinin qətiyyən iştirak etməyəcəyini bildiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tokio, İslamabad və Bağdaddan müxtəlif səviyyəli siyasi nümayəndələr ABŞ-ın İrana sanksiyalarını və göstərdiyi hərbi təhdidləri tənqid ediblər.

Belə ki, ilk olaraq Yaponiyanın Beynəlxalq Dostluq Mübadiləsi şurasının sədri Ken Matsuzava bildirib ki, ölkəsi bu çətin günlərində Tehranın yanında olmağa qərarlıdır.

“Bizim ikitərəfli çoxşaxəli əlaqələrimiz mövcuddur. İranın Vaşinqtondan gələn sanksiyalar nəticəsində üzləşəcəyi çətinliklərin müəyyən qədər də azaldılması yolunda əməkdaşlıqlarımızın maksimum səviyyəyə çatdırılmasına çalışacağıq”, - deyə o qeyd edib.

Digər bir dəstək isə qonşu İraqdan gəlib. Belə ki, onsuz da ABŞ-la münasibətləri müəyyən qədər gərginləşən Bağdad administrasiyası Vaşinqtonun İrana sanksiyalarını qınadıqlarını bildirib.

Baş nazir Heydər Əl-Abadi bildirib ki, ölkəsi nəyinki bu sanksiyalara qoşulmayacaq, hətta sanksiyalara cavab olaraq Tehrana dəstəyini əsirgəməyəcək.

Pakistanın son seçkilərdən sonra Baş nazir vəzifəsi üçün əsas namizədi İmran Xan isə Ruhani ilə telefonla danışaraq bildirib ki, İranı Pakistanın tarixi dostudur.

O qeyd edib ki, seçildikdən dərhal sonra ilk işi ABŞ-ın sanksiya və hərbi hədə-qorxularına cavab olaraq İrana səfər edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran-ABŞ   Sanksiya  

Yaponiya, Pakistan və İraq ABŞ-a qarşı İranın yanında yer alır

2018/08/Iran-missle-2_1527079629_1533821542.jpg
Oxunub: 475     21:31     09 Avqust 2018    