Çinli generaldan Dehliyə: “ABŞ-Rusiya qarşıdurmasını praktiki şəkildə yaşaya bilərik”

2018/08/5345345_1533821124.jpg
Oxunub: 524     01:07     10 Avqust 2018    
“Mövcud situassiya onu göstərir ki, Hindistan və Çin Hind okeanında qarşı-qarşıya gələcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin ordusunun generalı Jou Bo bildirib.

O qeyd edib ki, tərəflərin Hind okeanı üzərindəki mövcud maraqları bir-birinə tamamilə ziddiyət təşkil edir.

Çin və Hindistan arasındakı “soyuq müharibə”ni yeni ABŞ-Rusiya qarşıdurması kimi xarakterizə edən general bildirib ki, tərəflər aradakı gərginlik daha da kəskinləşmədən danışıqlar masasına oturmalıdırlar.

“Hindistan və Çin Hind okeanında təsir dairələrini genişləndirmək üçün ciddi rəqabət aparır. Bu rəqabətin iqtisadi, mədəni və digər tərəfləri təqdirəlayiqdir. Lakin son zamanlar verilən bəyanatlar onu göstərir ki, bu rəqabət hərbi xarakter ala bilər. Biz Cibutidə hərbi baza formalaşdırmaqla okeanda ciddi mövqe əldə etdik. Hindistan tərəfini vəziyyətin gərginləşməməsi üçün danışıqlara dəvət edirəm. Əks-təqdirdə yeni ABŞ-Rusiya qarşıdurmasını praktiki şəkildə yaşaya bilərik”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Çin   Hindistan   Hind-okeanı  

Çinli generaldan Dehliyə: “ABŞ-Rusiya qarşıdurmasını praktiki şəkildə yaşaya bilərik”

2018/08/5345345_1533821124.jpg
Oxunub: 525     01:07     10 Avqust 2018    