Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qiyamçılar ölkənin Fərəh vilayətində daha bir hücum həyata keçirib.
Məsələ ilə bağlı bölgə rəhbərliyinin yaydığı məlumatda qeyd olunub ki, qiyamçıların Bala Bülük şəhərindəki ordu nəzarət məntəqəsinə etdiyi hücum nəticəsində 4 hərbçi həlak olub, 6 hərbçi yaralanıb.
Məntəqədəki hərbçilərin şiddətli müqaviməti nəticəsində 3 qiyamçı məhv edilib. Bölgədə təhlükəsizliyi gücləndirmək üçün əlavə hərbi qüvvələr gətirilib.
Dəyanət Ağalarlı
Ordu.az