Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum Yəmənin qiyamçıların nəzarətindəki İmran şəhərindən Səudiyyə Ərəbistanının Nəcran şəhərinə edilib.
Məsələ ilə bağlı açıqlama verən Ərəb koalisiyasının sözçüsü polkovnik Turki Əl-Maliki bildirib ki, qiyamçıların etdiyi raket atəşi mülki əhalinin yaşadığı əraziləri hədəf alıb.
“Səudiyyə Ərəbistanına məxsus hava hücumundan müdafiə sistemi vasitəsilə raket dərhal məhv edilib. Heç bir itki və ya yaralanma halı qeydə alınmayıb. Qiymçılar bu addımları ilə BMT-nin 2216 və 2231 saylı qətnamələrini bir daha pozmuş olub”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az