Kərbəlada partlayış: Azı 20 nəfər zərər görüb

2018/08/Снимок_1533575687.png
Oxunub: 1909     01:19     07 Avqust 2018    
İraqın Kərbəla şəhərində “Həşd Əl-Şabi” yarımhərbi qüvvələrin açdığı atəş nəticəsində çox sayda insan ölü və yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı hökumət mənbələri yayıb.

Bildirilib ki, yarımhərbi qüvvələrin Kərbəlanın şimalında İŞİD-ə qarşı açdığı artilleriya atəşi ehtiyatsızlıqdan mülki əhlinin yaşadığı əraziyə düşüb.

Bədbəxt hadisə nəticəsində azı 1 nəfər həlak olub, daha 19 nəfər isə yaralanıb.

İraq hökuməti 50 evin dağılmasına səbəb olan hadisə ilə bağlı kəşfiyyat və istintaq işlərinin aparılması üün 3 müxtəlif komissiya qurulduğunu elan edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Həşd-Əl-Şabi   Partlayış  


Bizi "telegram"da izləyin