Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə iddia “Associated Press” agentliyinin yayımladığı məqalədə qeyd olunub.
Bildirilir ki, ABŞ-ın dəstəklədiyi son günlərdə “Ərəb NATO” adlandırılan Ərəb Koalisiyası 11 sentyabr terror hücumunu həyata keçirən “Əl-Qaidə” ilə gizli müzakirələr aparıb.
Məlumata əsasən keçirilən görüş zamanı koalisiyanın nümayəndə heyəti terrorçu qruplaşmaya Yəməndə nəzarətdə saxladığı əraziləri tərk etməsi üçün külli miqdarda valyuta təklif edib.
Qeyd edək ki, koalisiya tərəfi bu iddiaların əsassız olduğunu bildirib.
Dəyanət Ağalarlı
Ordu.az