“Suriya probleminin həllində ABŞ-la danışıqlara hazırıq” – V.Gerasimov

2018/08/919d30203ddb4dcd9d368d2a90d5c12e_1533563906.jpeg
Oxunub: 1556     21:57     06 Avqust 2018    
Rusiya Müdafiə Nazirliyi Suriya məsələsinin həllində ABŞ-la qarşılıqlı əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

O qeyd edib ki, ölkəsi Suriya probleminin həllində Vaşinqtonla qarşılıqlı əməkdaşlığın əhəmiyyətini yaxşı başa düşür.

“Biz Suriya probleminin həlli üçün əlindən gələni etməyə hazırıq. Hətta ABŞ-la əməkdaşlığı da istisna etmirəm. Rəsmi Moskva ABŞ-ın Suriya böhranının həllində əhəmiyyətli rola sahib olduğunu yaxşı başa düşür. Rusiyanın Suriyadakı əsas məqsədi böhranın sülhlə yekunlaşmasını təmin etməkdir”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin