Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ HHQ-nin Pilotluq Təlimləri Mərkəzinin nümayəndəsi mayor Skot van de Voter bildirib.
O qeyd edib ki, son günlərdə aparılan araşdırmalar nəticəsində ABŞ HHQ-nin pilotlarının önəmli hissəsinin təlim görməməsi ilə bağlı statistik göstəricilər Pentaqonda ciddi narahatlıqlara səbəb olub.
Belə ki, bundan sonra Pentaqon ABŞ ordusundakı bütün pilotların mərhələli şəkildə Virtual Reallıq simulyasiya təlimlərinə cəlb edilməsi ilə bağlı qərar verib.
Qeyd edək ki, ilkin mərhələ olaraq təlimlərə 20 pilot qatılıb və onlardan 13-ü təlimləri uğurla başa vurub.
Dəyanət Ağalarlı
Ordu.az