İran “Mirage” və F-5 qırıcılarının modernizasiyasını yekunlaşdırıb

2018/08/_20180807_081528_1533615408.jpg
Oxunub: 2588     19:48     06 Avqust 2018    
İranda şah dövründən qalan Fransa və ABŞ istehsalı qırıcılar modernizasiya edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran HHQ-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, ordunun xidmətindəki “Mirage” və F-5 qırıcılarının modernizasiyası üçün 25 min insan iştirak edib.

Məlumata əsasən, modernizasiyası tamamlanan qırıcılar İsfahanda yerləşən “Şahid Həbibi” aviabazasında uğurla sınaqdan keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   F-5   Mirage   Modernizasiya  


Bizi "telegram"da izləyin