Ordu.az TASS-a istinadən xəbər verir ki, Medvedev bu barədə ötən gün verdiyi müsahibədə qeyd edib.
O, 2008-də baş verən hadisələri xatırladaraq daha bir bənzər halın yaşanmaması üçün Gürcüstan rəhbərliyinin eyni yanlışları etməməli olduğunu bildirib.
“2008-ci ildə Gürcüstanda baş verən və Rusiyanın da işə qarışması ilə nəticələnən Cənubi Osetiya problemi əslində qarşısı alınması mümkün bir məsələ idi. Sadəcə olaraq o vaxtkı Gürcüstan hökuməti bu mənada heç bir addım atmadı. Hazırkı vəziyyət də ona bənzəyir. Gürcüstanın NATO-ya üzvlüklə bağlı cəhdləri yeni bənzər problemlərə səbəb ola bilər. Ona görə də rəsmi Tiflis bu barədə yaxşı-yaxşı götür-qoy etməlidir”, - deyə Medvedev bildirib.
Dəyanət Ağalarlı
Ordu.az