Əfqanıstanda ordu 25 “Taliban” qiyamçısını zərərsizləşdirib

2018/08/Снимок_1533553258.png
Oxunub: 4090     18:47     06 Avqust 2018    
Əfqanıstan ordusu ölkənin müxtəlif bölgələrində paralel şəkildə əməliyyatlar aparır.

Ordu.az xarii KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, ordu bu gün səhər saatlarından etibarən Nangərhar və Qəzni, Uruzqan başda olmaqla ölkənin 11 müxtəlif bölgəsində qiyamçılara qarşı əməliyyatlar keçirir.

Rəsmi məlumata əsasən əməliyyatlar zamanı 16 “Taliban” üzvü məhv edilib, 4-ü yaralanıb, 5-i isə ordu tərəfindən əsir götürülüb.

Qeyd edək ki, Əfqanıstan hərbi qüvvələri əməliyyatlarına davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin