Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İran ordusunun komandiri general-mayor Əli Cəfəri bildirib.
O qeyd edib ki, donanma hərbi hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə geniş miqyaslı hərbi təlimlər keçirəcək.
“Təlimlərlə bağlı bir müddətdir ki, ordu və hökumət daxilində müzakirələr aparılırdı. Ötən gün isə, İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri təlimlərin keçirilməsi ilə bağlı qərar verdi. Donanma Fars körfəzində, həmçinin Xəzər dənizində Quru Qoşunlarının da iştirakı ilə geniş miqyaslı təlimlər keçirəcək”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az