“Admiral Kuznetsov” yenidən modernizasiya ediləcək

2018/08/Снимок_1533550883.png
Oxunub: 4277     18:22     06 Avqust 2018    
Rusiya donanmasına məxsus “Admiral Kuznetsov” aviadaşıyıcısı modernizasiyadan sonra 4++ qırıcıların daşınması üçün uyğun şəraitə gətiriləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı layihəni həyata keçirəcək "Nevskoe Design” şirkətinin icraçı direktoru Sergey Orlov bildirib.

O qeyd edib ki, Rusiya HDQ rəhbərliyi aviadaşıyıcının modernizasiyası ilə bağlı işlərə bu ilin sonlarına qədər başlanılmasını tələb edib.

Orlovun sözlərinə əsasən, həyata keçiriləcək modernizasiya layihəsi nəticəsində döyüş gəmisi 4++ MiQ-29K və MiQ-29 KUB, Su-33 qırıcılarının və bəzi helikopterlərin daşınması üçün uyğun standartlara gətiriləcək.

Qeyd edək ki, layihənin 2021-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Admiral-Kuznetsov   Modernizasiya  


Bizi "telegram"da izləyin