Çin XİN: Pekin ABŞ-ın Koreya yarımadasından çıxmasını istəyir

2018/08/d53291fa-4dc0-11e8-9150-83bd875cc143_1280x720_133553_1533544528.jpg
Oxunub: 3825     16:34     06 Avqust 2018    
Çin Koreya böhranının həllindən maksimum qazancla çıxmaq üçün ABŞ ordusunun yarımadadan tam olaraq çıxarılmasını istəyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Çinin Xarici İşlər naziri Vanq Yi bildirib.

O, Sinqapurda keçirilən ASEAN sammiti zamanı çıxış edərək bildirib ki, ölkəsi ABŞ-ın Koreya yarımadasında davam edəcək olan hərbi fəaliyyətlərini bölgə üçün ciddi təhlükə hesab edir.

“ABŞ bu ana qədər Cənubi Koreyanın Pxenyandan gələn təhdidlərə qarşı təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu ölkədə nəhəng hərbi qüvvə saxlayıb. Bəli, bu kifayət qədər tutarlı və qəbuledilən əsaslandırma idi. Lakin artıq Koreya böhranı həll edilmək üzrədir. Yaxın zamanlarda KXDR-dən Seula qarşı heç bir təhlükə qalmayacaq. Buna görə də Vaşinqtonun yarımadada hərbi qüvvə saxlamasının tutarlı bir səbəbi yoxdur. Əgər ABŞ hərbi qüvvələri Cənubi Koreyada problemin həllindən sonra da saxlanılarsa, o halda bu addımın regionda ciddi narahtlıqlar doğuracağı şübhəsizdir”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Cəubi-Koreya  


Bizi "telegram"da izləyin