Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı bölgə polis idarəsinin rəisi Əxtər Məhəmməd verib.
O qeyd edib ki, qiyamçılar ölkənin Uruzqan vilayətinin Çenarto şəhərində orduya məxsus bazaya hücum ediblər.
Rəsmi məlumata əsasən, hücum nəticəsində bazadakı hərbi qüvvələrin 40 üzvü həlak olub. Ordu qarşıdurmalar zamanı 11 qiyamçını zərərsizləşdirməyə nail olub.
Qeyd edək ki, “Taliban” tərəfi öldürülən əfqan hərbçilərin sayının az göstərildiyini və əslində 55 hərbçinin öldürüldüyünü iddia edir.
Dəyanət Ağalarlı
Ordu.az