Talibanla qarşıdurmalarda 8 əfqan hərbçi həlak olub

2018/08/army_0_1533537528.png
Oxunub: 3953     14:35     06 Avqust 2018    
“Taliban” silahlıları Əfqanıstan ordusunun ölkənin Fəryab vilayətindəki mövqelərinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Fəryab polis bölməsinin sözçüsü Əbdulkərim Yuriş bildirib.

O qeyd edib ki, qiyamçılar ötən gecə bölgənin Görməç şəhərində yerləşən ordu postunu atəşə tutublar.

Məlumata əsasən, bir neçə saat davam edən qarşıdurma nəticəsində ordunun 8 hərbçisi həlak olub. Həmçinin hərbçilərin müqaviməti nəticəsində 7 “Taliban” qiyamçısı zərərsizləşdirilib.

Hazırda ərazidə nisbi sakitlik hökm sürür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin