Daha bir qrup HƏMAS blokadasını yarmağa cəhd edib

2018/08/_20180806_134607_1533548784.jpg
Oxunub: 2453     14:24     06 Avqust 2018    
Qeyri-qanuni dənizçilik fəaliyyəti ilə məşğul olan bir qrup insan HƏMAS-ın blokadasını yarmağa cəhd edərkən saxlanılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, blokadanı yarmaq məqsədilə edilən 3-cü belə cəhddir.

Məsələ ilə bağlı İsrail donanmasının mətbuat xidmətinin verdiyi məlumata əsasən ötən gün 20-yə qədər kiçik ölçülü gəmi HƏMAS silahlılarına dəstək göstərmək məqsədilə Aralıq dənizinin Qəzza sahillərinə yan almağa cəhd edib.

Bildirilir ki, İsrail və Misir tərəfindən blokadada saxlanılan HƏMAS silahlılarına yardım göstərmək məqsədilə bölgəyə gələn gəmilər donanma qüvvələri tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Blokada  


Bizi "telegram"da izləyin