Filippin Çinə xəbərdarlıq edib

2018/08/Снимок_1533535412.png
Oxunub: 4035     13:59     06 Avqust 2018    
Çinin Cənubi Çin dənizində keçirdiyi patrul reydləri Filippin başda olmaqla qonşu dövlətlərin ciddi narazılığına səbəb olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Filippin hökumət nümayəndəsi Antonio Karpio bildirib.

O qeyd edib ki, ölkəsi bu reydlərin keçirilmə səbəbi ilə bağlı məntiqli və məqsədəuyğun açıqlama gözləyir.

“Bizim məqsədimiz bölgədə keçirilən bu hərbi fəaliyyətlərin məntiqli bir izahını əldə etməkdir. Regionda heç bir dövlətin bir-birilə problemi yoxdur. Düşünürəm ki, bu reydin yeganə səbəbi regionda ağalıq nümayişidir. Rəsmi Pekin məsələ ilə bağlı konkret açıqlama bildirməsə, region dövlətləri qarşısında olan etibarlılığını itirəcək”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Filippin   Cənubi-Çin-Dənizi  


Bizi "telegram"da izləyin