Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Pərvan vilayətinin Çərəkər şəhəri yaxınlığında baş verib.
Qeyd olunub ki, Taliban qiyamçıları ötən gün ərazidə patrul reydi keçirən NATO karvanına hücum edib.
Belə ki, karvanın keçəcəyi yola əvvəlcədən döşənən partlayıcı qurğunun işə salınması nəticəsində 3 NATO hərbçisi həlak olub.
Rəsmi məlumata əsasən, ölən hər 3 hərbçi Çexiya ordusunun üzvləridirlər.
Qeyd edək ki, Əfqanıstanda Çexiya ordusunun 230 hərbçisi sülhməramlı missiyalarda fəaliyyət göstərir.
Dəyanət Ağalarlı
Ordu.az