Yəməndə 5 Səudiyyə hərbçisi həlak olub

2018/08/n82992437-72476653_1533532996.jpg
Oxunub: 1560     13:21     06 Avqust 2018    
Yəmənin qərbində Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrdə husilərlə Ərəb koalisiyası arasında qarşıdurmalar davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi yayıb.

Qeyd olunub ki, ötən gün qiyamçılarla koalisiya qüvvələri arasında Yəmənin qərbindəki Hudeydə bölgəsində qarşıdurma baş verib.

Rəsmi məlumata əsasən, qarşıdurmalar zamanı 5 Səudiyyə hərbçisi həlak olub.

Qeyd edək ki, bununla da Səudiyyə Ərəbistanının yaydığı rəsmi statiskalara əsasən, 2015-ci ildən bu yana Yəməndə həlak olan krallıq hərbçilərinin sayı 247-ə çatıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Səudiyyə-Ərəbistanı   Husilər  


Bizi "telegram"da izləyin