SQQ Sveydəyə əlavə qoşun göndərib

2018/08/13970423000689_PhotoI_1533407059.jpg
Oxunub: 2938     02:22     05 Avqust 2018    
Suriya Quru Qoşunları İŞİD-in bölgədəki mövcudluğunu sonlandırmaq məqsədilə Sveydəyə əlavə qoşun göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şahidlər çox sayda canlı qüvvə və hərbi texnika daşıyan hərbi karvanın Sveydə istiqamətində irəlilədiyini bildiriblər.

Bununla paralel olaraq, bölgədəki hökumət qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirməyə davam edir. Bu hücumlar nəticəsində terrorçular çox sayda itki verib.

SQQ-nin Əl-Kara və Əl-Diyata istiqamətini intensiv raket və artilleriya yağmuruna tutduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin