ABŞ donanması PSV-lərin təkmilləşdirilməsi üzrə səylərini intensivləşdirib

2018/08/FFME6C777VFSHJYEZFDPBKGY2Y_1533405354.jpg
Oxunub: 2320     01:33     05 Avqust 2018    
ABŞ donanmasının komandiri Skot Smit donanmanın pilotsuz sualtı vasitələrdən ibarət filotiliyasından danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, sualtı pilotsuz vasitələri dron adlandırma ideyasını dəstəkləmədiyini bildirib.

“Bu vasitələri dron adlandırmayın. O, yanlış düşüncə formalaşdırır. Biz dron hücumu deyəndə, məsələn, “Taliban” üzərinə həyata keçirdiyimiz kimi bir əməliyyat gözümüzün önündə canlanır, lakin sualtı vasitələrdə bunun yaxınında belə deyilik”. – deyə Smit qeyd edib.

Onun sözlərinə görə, buna baxmayaraq Pentaqon belə bir imkana sahib olma istiqamətində intensiv səylər göstərir.

O, ötən ilin payızında istifadəyə verilən ilk Pilotsuz Sualtı Vasitə Eskadrilyasını xatırladıb. Smit bu eskadrilyanın artıq okeanda mina təmizləmə və nəzarət əməliyyatlarında istifadə edildiyini vurğulayıb.

Komandir qarşıdakı bir neçə ildə istifadəyə veriləcək PSV-lərin sayında artım olacağını proqnozlaşdırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PVS  


Bizi "telegram"da izləyin