Türkiyə Hücum PUA Təkmilləşdirilməsi Layihəsi çərçivəsində təxminən 1,5 ton faydalı yük götürmə qabiliyyətinə malik PUA-nın dizayn fəaliyyətlərini yaxın günlərdə tamamlayacaq.
Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin yeni hökumətinin ilk 100 günündə görüləcək işlərə dair hesabatda qeyd olunub.
Bununla yanaşı qarşıdakı dövrdə silahlı “Hürkuş” təyyarəsinin təkmilləşdirilməsi və seriyalı istehsalına dair tenderin tamamlanması və onu həyata keçirəcək firmanın müəyyənləşdirilməsi gözlənilir.
Eyni zamanda 2030-cu illərdən sonrakı dövrdə döyüş təyyarələrinə duyulan ehtiyacın milli məhsullarla qarşılanması məqsədilə Türkiyə Milli Döyüş Təyyarə Təkmilləşdirilməsi Layihəsi Dövr-1 Mərhələ-1 Sazişinin tətbiqinə başlanacaq.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
Hürkuş
Akıncı