ABŞ HHQ SZ tədqiqatı üçün neyroformik super komputerlərdən istifadə edəcək

2018/08/blue-raven_1533399267.jpg
Oxunub: 4183     00:34     05 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası dünyanın ən böyük neyroformik superkomputeri “Blue Raven”i təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadın xəbər verir ki, komputerin ərsəyə gətirilməsində ABŞ HHQ IBM kompaniyası ilə əməkdaşlıq edib.

ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin də iştirak etdiyi layihə çərçivəsində hazırlanan komputer 64 milyon neyron gücündə əməliyyat apara bilir.

ABŞ HHQ-nin mühəndis və komputer alimləri “Blue Raven”dən süni zəka və maşınöyrənmə alqoritmələrinin icrasında istifadə etməyi planlaşdırırlar. O, həm də Pentaqon üçün tədqiqat və təkmilləşdirmə, sınaq və dəyərləndirmə platforması təmin edə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Süni-Zəka  


Bizi "telegram"da izləyin