Ordu.az "Taliban" Əfqanıstanın 3 əsgərini qətlə yetirib
"Taliban" qiyamçıları Baqlan vilayətinin mərkəzi şəhərində Əfqanıstan ordusunun əsgərlərinə hücum ediblər.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 209 saylı "Şahin" korpusunun mətbuat katibi mayor Məhəmməd Hənif Rzayi bildirib.
Onun sözlərinə görə, qiyamçılar ordunun hərbi hissəsinə koordinasiyalı hücum həyata keçiriblər.
Hücum nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az