Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ ordusu daxilində 6-cı korpus olacaq “Arcyber” kibertəhlükəsizlik Qüvvələri ilə bağlı Pentaqon daxilində rəsmi şəkildə müzakirələrə başlanılıb.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon rəsmisi general-leytenant Stefan Foqarti bildirib ki, formalaşdırılacaq yeni hərbi qüvvələrin 2 bölməyə ayrılması planlaşdırılır.
Hücum və Müdafiə məqsədli Kiber Təhlükəsizlik qüvvələri adı altında formalaşdırılacaq yeni qüvvələr aktiv döyüş əməliyyatları zamanı hərbi birliklərə kiberdəstək göstərəcəklər.
Dəyanət Ağalarlı
Ordu.az