Britaniya Kral HDQ MUOS-un geniş miqyaslı istifadəsinə razılıq verib

2018/08/received_487932575002358_1533392795.jpeg
Oxunub: 3915     23:07     04 Avqust 2018    
Britaniya Kral Hərbi Dəniz Qüvvələri daxilində fərdi mobil peyk sistemləri olan MUOS-un geniş miqyaslı istifadəsi planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar ötən gün qəbul edilib.

Məsələ ilə bağlı Britaniya donanmasının mətbuat xidmətindən verilən xəbərdə qeyd olunub ki, “Lockheed Martin” tərəfindən istehsal edilən peyk sisteminin donanma daxilində çoxməqsədli istifadəsi planlaşdırlır.

Belə ki, bu ana qədər sadəcə qeyri-döyüş şəraitində və yalnızca rəhbər məsələlərdə istifadə olunan sistemlərin bundan sonra əməliyyatlar zamanı və fərdi istifadəsinə imkan verilib.

Qeyd edək ki, sistem təminatı üçün ilk dəfə 2012-ci ildə tikilən mini siqnalötürücü peyk qurğularının sayının artırılması ilə bağlı “Lockheed”lə danışıqlara başlanılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin