Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ Müdafiə nazirinin hüquqi məsələlər üzrə müşaviri Robert Hud bildirib.
O qeyd edib ki, Pentaqon 2020-ci il hərbi xərclərlə bağlı büdcə layihəsində 2018 və 2019-cu maliyyə illərdəkinə bənzər artım planlaşdırmır.
“Pentaqon bir sıra məsələlərdə qənaət etmə yolları axtarmalıdır. Bunun nəticəsində əldə ediləcək vəsaitlər hipersəs raketləri də daxil olmaqla bir sıra prioritet məsələlərin maliyyələşdirilməsinə sərf olunmalıdır. Qeyd etməliyəm ki, 2020-ci il büdcəsində son 2 ildə yaşanan artımın olmayacağı dəqiqdir. Çünki hazırkı situasiyada hərbi xərclər mümkün olan ən pik səviyyəyə qaldırılıb”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az