Trampın “Ərəb NATO” planı güclü qlobal reaksiya ilə üzləşib

2018/08/yemen_news_guide_84190_c0-151-3609-2255_s885x516_1533376993.jpg
Oxunub: 2530     18:36     04 Avqust 2018    
ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi alyans yaratmaq məqsədilə Ərəb dövlətlərinin liderlərini oktyabr ayında Vaşinqtonda sammitə toplama planı beynəlxalq ictimaiyyətin böyük diqqətini toplayıb.

Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, verilən reaksiyalar arasında nikbinlik, maraq və həqarət xarakterli fikirlər var.

Qeyri-rəsmi olaraq “Ərəb NATO” adlandırılan alyans koordinasiyalı raketdən müdafiə, hərbi təlimlər və terrorla mübarizə tədbirləri ilə Səudiyyə Ərəbistanı rəhbərliyində İrana qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Bu alyansa 6 körfəz dövləti, İordaniya və Misirin daxil ola biləcəyi söylənilir. Sammit isə 12-13 oktyabr tarixlərinə planlaşdırılıb.

BƏƏ-yə məxsus ingilis dilli nəşr olan “The Gulf News” bu cəhdlərə möhkəm dəstək verərək bildirib ki, belə bir alyans İrana qarşı effektli şəkildə mübarizə apara bilər. İordaniyanın “The Jordan Times” nəşri isə əsas hədəfin İsrail olduğuna diqqəti çəkib:

“Regionda İran ekspansiyasının və onun stabilliyi pozan siyasətini diqqətdən qaçırmadan, unutmamalıyıq ki, Ərəb mərkəzli hərbi alyansın yeganə məqsədi İran olmamalıdır. Çünki Ərəb iradəsinə bir çox düşmən var, məsələn əlbəttə ki, İsrail”.

“Bloomberg” isə məsələ ilə bağlı belə bir yanaşma ortaya qoyub: “ Ərəb NATO yaratmaq? Buyurun, bu da Tramp üçün möhtəşəm ideya”.

“Bloomberg”in fikrinə görə, belə bir alyansa Türkiyə və ümumilikdə NATO da daxil olmalıdır, İsrailin dəvəti isə yəqin ki, həddi aşmaq olar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ərəb-Koalisiyası   Ərəb-NATO-su  


Bizi "telegram"da izləyin