Bursada 12 FETÖ-çü ələ keçirilib

2018/08/thumbs_b_c_90651ad4840af6b28b3f2e8a19071c22_1533376753.jpg
Oxunub: 3162     18:26     04 Avqust 2018    
Türkiyənin Bursa şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bursa vilayət rəhbərliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində aralarında təşkilatın “vilayət imamı” və “təlim sözçüsü” də olan 12 nəfər ələ keçirilib.

Onların FETÖ-nün yenidən təşkilatlanması məqsədilə müxtəlif yerlərdə görüşlər keçirdikləri bildirilib. Terrorçuların ələ keçirildiyi yerdən 6 min dollara qədər vəsait də müsadirə olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   FETÖ   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin