Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə çərçivəsində "General Dynamics" şirkəti ABŞ QQ-nin “Stryker” zirehli vasitəsinin təkmilləşdirmə işlərinə dəstək xidməti təmin edəcək.
Yeni imzalanmış müqavilə iyun ayında tərəflər arasında bağlanmış müqavilənin modifikasiyası kimi razılaşdırılıb və onun müddətinin 2019-cu ilin fevralında tamamlanması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az