Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kompaniya silah daşıma qabiliyyətinə malik PUA istehsalını genişləndirməyi hədəfləyib. Artıq 2,5 kiloqram yükgötürmə qabiliyyətinə malik və 10 kilometr məsafəyə uça bilən yüngül çəkili PUA-nın uğurlu sınaq uçuşu həyata keçirilib.
Sınağı uğurla baş tutan PUA-nın canlı yayım üçün uyğun videokamera ilə təchiz olunduğu və fasiləsiz olaraq təqribən 1 saat uça bildiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az