Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.
ASEAN-ın 10 üzvü və digər dövlətlərin rəsmilərilə bir araya gələn Pompeo ABŞ-ın region üçün ayırmağı planlaşdırdığı təhlükəsizlik fondunu elan edib.
O bildirib ki, bütövlükdə regionla təhlükəsizlik əməkdaşlığı çərçivəsində buradakı ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində 300 milyon dollar dəyərində yardım ediləcək.
Onun sözlərinə görə, bu yardım dəniz təhlükəsizliyini gücləndirməklə yanaşı, humanitar yardımları inkişaf etdirəcək və dövlətlərarası təhdidlərə qarşı imkanları genişləndirəcək.
Ağalar Ağalarlı
Ordu.az