Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, avqustun ikisində Estoniya Müdafiə Nazirliyi yeni robot sisteminin yaradılmasına dair planlarını açıqlayıb.
Plana görə, bu sistem Latviya və Finlandiya ilə əməkdaşlıq əsasında ərsəyə gətiriləcək. Bu layihəyə Almaniya, Belçika və Fransanın qoşulması da istisna edilmir.
Bu robotların yaradılması üçün isə Estoniya Müdafiə Fondundan dəstək tələb olunur. Lakin bu layihə üzrə hazırlanacaq robotlar ölümcül yox, manevr, logistika və vəziyyətdən xəbərdarlıq məqsədli istifadəyə uyğun olacaq.
Estoniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda layihənin məqsədi belə qeyd olunub: “Layihə çərçivəsində avtonom nəzarət sistemi, kibermüdafiə imkanları və birləşdirilmiş sensor şəbəkələri olan pilotsuz quru vasitələr təkmilləşdiriləcək”.
Ağalar Ağalarlı
Ordu.az