HII ABŞ donanması ilə 165,5 milyon dollarlıq müqavilə imzalayıb

2018/08/Снимок_1533375148.png
Oxunub: 1956     19:49     04 Avqust 2018    
“Huntington Ingalls” ABŞ donanması ilə “LPD 30” gəmisində aparılacaq işlərə dair 165,5 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, HII ABŞ donanmasına yeni çatdırılmış gəmi üzərində tədarük və mühəndislik çalışmaları həyata keçirəcək.

ABŞ-ın Missisipi, Viskonsin, Massaçusets, Pensilvaniya və Corciya ştatlarında həyata keçiriləcək müqavilə işləri 2020-ci ilin dekabrında tamamlanacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Huntington-İnglass   LPD-30  


Bizi "telegram"da izləyin