Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, təkmilləşdirilmiş texnologiyanın Almaniyanın “Rhode” və “Schwarz”, Fransanın “Thales” şirkətlərinin eyni xarakterli məhsullarına bənzədiyi bildirilir.
Sözügedən hərbi radio kommunikasiya sisteminin ölkənin donanmasının döyüş meydanında şəbəkə imkanlarını gücləndirməsi gözlənilir. Bu həm də Hindistan donanmasının əməliyyat qabiliyyətini artıracaq.
Məlumata görə, 8 il davam edən təkmilləşdirmə dövründən sonra ərsəyə gətirilən sistemin beş müxtəlif versiyası üzərində uğurlu sınaqlar həyata keçirilib.
Xatırladaq ki, ötən ilin noyabrında Hindistan Müdafiə Satınalması Şurasl donanma üçün həmin sistemlərin xaricdən alınması üçün 75 milyon dollar vəsait xərcləyib.
Ağalar Ağalarlı
Ordu.az