Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İtaliya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, gəmilərin istehsalı ilə bağlı danışıqlar uzun müddətdir aparılırdı və razılıq da bir müddət öncə əldə edilib.
Belə ki, artıq müqaviləyə əsasən istehsal olunacaq 7 gəmidən 4-ü üzərində işlərə başlanılıb.
Rəsmi məlumata əsasən 6000 ton həcmə sahib olacaq gəmilər İtaliyanın Aralıq dənizi filotiliyasının müasirləşdirilməsi ilə bağlı qəbul edilən geniş miqyaslı layihənin tərkib hissəsidir.
Qeyd edək ki, İtaliyanın yerli “Fincantieri” şirkəti tərəfindən həyata keçiriləcək layihənin ümumi dəyəri 6,3 milyard dollardır.
Dəyanət Ağalarlı
Ordu.az