Tramp və Mettis Kosmik Qüvvələrlə bağlı fərqli düşüncədədirlər

2018/08/wire-3849084-1533358743-743_634x422_1533374244.jpg
Oxunub: 4208     17:34     04 Avqust 2018    
ABŞ prezidenti Donald Trampın Kosmik Qüvvələr formalaşdırılması ilə bağlı təklifinə Müdafiə naziri Ceyms Mettisdən şərh bildirib.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, Mettis bu barədə ötən gün jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

O bildirib ki, hazırda Pentaqon və ABŞ bu layihəyə tam olaraq hazır deyil.

“Mən prezident Donald Trampın bu təklifini olduqca əhəmiyyətli hesab edirəm. ABŞ artıq atmosfer xaricində də nəzarəti ələ almalıdır. Lakin hazırda bu bürokratiyanı artıracaq və arzuolunmaz xərclərə səbəb olacaq. Ona görə də hazırkı situassiyada Kosmik Qüvvələrin formalaşdırılması müəyyən qədər risqli ola bilər”, - deyə Mettis qeyd edib.

Dəyanə Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   Kosmik-Qüvvələr  


Bizi "telegram"da izləyin