Latviya “Black Hawk” helikopterləri alacaq

2018/08/OB47ZFPV7ZANPB3BCXLC62KUHM_1533374136.jpg
Oxunub: 2617     17:14     04 Avqust 2018    
Latviya ABŞ-dan 4 ədəd “Black Hawk” helikopteri almağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ-ın Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi yayıb.

Bildirilir ki, Latviya ilə Pentaqon arasında bir müddətdir ki, helikopterlərin alışı ilə bağlı müzakirələr aparılır.

Rəsmi məlumata əsasən, hazırda tərəflər 200 milyon dollarlıq müqavilənin hazırlanması üzərində işləyirlər.

Qeyd olunub ki, müqavilədə 4 ədəd UH-60M “Black Hawk” helikopteri, ehtiyat mühərriklər və digər ehtiyat hissələrin satışı planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latvia   Black-Hawk   Helikopter  


Bizi "telegram"da izləyin