Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan donanmasının mətbuat xidməti yayıb.
Bildirilib ki, ABŞ-dan gələcək nümayəndə heyətini Kəlkəttədə Hindistan donanmasının Şərq komandanlığının rəhbəri general Abhay Krişna qəbul edib.
Məlumata əsasən tərəflər son zamanlarda iki ölkə arasında yaşanan siyasi narazılıqların hərbi əməkdaşlığı sarsıtmaması və daha da genişləndirilməsi məqsədli ilə müzakirələr aparıblar.
Qeyd edək ki, səfərdə Hindistan və ABŞ Xarici İşlər və Müdafiə nazirləri arasında keçiriləcək 2+2 formatlı görşün əhəmiyyəti də vurğulanıb.
Dəyanət Ağalarlı
Ordu.az