Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadi səsləndirib.
O bildirib ki, İran donanması və İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının təhlükəsizliyindən məsuliyyət daşıyır və ABŞ boğazla əlaqədar İranın qərarlarında heç bir rola sahib deyil.
“Biz ABŞ-ın tədbirlərini dəyərləndiririk, lakin onlar bizim qərarımıza təsir etmir. Bizim qərarımız sadəcə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrlərinə əsaslanır”, deyən Xanzadi bununla İranın Ali Dini Lideri Əli Xameneyini nəzərdə tutub.
Ağalar Ağalarlı
Ordu.az