ABŞ MMSQ Rusiya, Çin və Türkiyəni hədəf alıb

2018/08/deb3cf55-a75d-497b-98ac-efa773264901_1533373520.jpg
Oxunub: 3775     14:56     04 Avqust 2018    
Pentaqon tərəfindən hazırlanan və Konqresin qəbul etdiyi Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu Vaşinqtonun xarici siyasəti ilə bağlı bir sıra nüansları izah edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Times"ın yayımladığı məqalədə qeyd olunub

Bildirilib ki, qanun layihəsində xarici siyasətlə bağlı olan hərbi addımların əsas hədəf obyektləri Rusiya, Çin və Türkiyədir.

Belə ki, qanun layihəsinin önən çıxan başlıca məqamlarından biri ABŞ-ın Latviya, Litva və Estoniyadakı hərbi kontingentinin daimiliyinin təmin edilməsi və daha genişləndirilməsi ilə bağlıdır. Vaşinqton bu addımla Rusiyaya qarşı Baltik dənizi və ətraf ərazilərdə göstərilən təzyiqləri daha da kəskinləşdirməyi planlaşdırır.

Qanun layihəsinin digər bir bəndi Çinin ZTE və “Huawei” şirkətlərindən hərbi kommunikasiya texnologiyalarının alınmasına qoyulan qadağadır. Eyni zamanda Türkiyəyə F-35 qırıcılarının satışına da sanksiyaların qoyulması nəzərdə tutulub.

Bütün bunlar göstərir ki, rəsmi Vaşinqton sözügedən qanun layihəsində hazırda özünə qarşı gördüyü iki əsas təhlükə olan Çin və Rusiyanı, həmçinin onlarla əməkdaşlıqlarını daha da gücləndirən NATO müttəfiqi Türkiyəni hədəf alır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MNSQ   Rusiya   Çin   Türkiyə  


Bizi "telegram"da izləyin