Pompeo Cənubi Çin dənizinin hərbiləşdirilməsinin dayandırılmasını tələb edib

2018/08/6236849468_4cdae32b32_o-880x495_1533373386.jpg
Oxunub: 2978     16:44     04 Avqust 2018    
ABŞ Dövlət katibi Mayk Pompeo Çindən Cənubi Çin dənizindəki mübahisəli adaların hərbiləşdirilməsinin dayandırılmasını tələb edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə ASEAN-ın XİN rəhbərlərinin sammitinə qatılmaq məqsədilə səfərdə olduğu Sinqapurda danışıb.

Çin Xarici İşlər naziri Vanq Yi ilə bir araya gələn Pompeo Çin və bir sıra ASEAN dövlətləri arasında hələ də mübahisə mövzusu olan zonalarda Çinin hərbi quruculuğunun qəbuledilməz olduğunu vurğulayıb.

Üstəlik o, ABŞ-ın Hind-Sakit okean regionunda infrastruktur quruculuğuna 113 milyon dollar ayırmağı planlaşdırdıqlarını elan edib. ABŞ bu yardımla özünün regiondakı təsirini qorumağı hədəfləyir.

Digər tərəfdən Pentaqonun yaydığı bəyanatda isə ABŞ gəmilərinin Cənubi Çin dənizində “Azad Dənizçilik” əməliyyatlarına davam edəcəyini bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Cənubi-Çin-Dənizi  


Bizi "telegram"da izləyin