Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, qəbul edilmiş 2018-ci il ABŞ-İsrail Təhlükəsizlik Yardımı Səlahiyyətləndirmə Qanunu Obama administrasiyası dövründən müzakirə edilir.
Amerika-İsrail İctimai İşlər Komitəsinin bəyanatında qeyd olunub ki, yardım paketi İsrailin özünü müdafiə qabiliyyətinə tam malik olmasından əmin olmaq məqsədi daşıyır. Çünki son dövrlərdə xüsusilə İranın İsrail sərhədlərində mövcudluğundan dolayı bu ölkəyə edilən təhdidlər artıb.
Qanunda həmçinin ABŞ-ın İsraildə saxladığı silah-sursatın artırılması da nəzərdə tutulub. Bundan başqa İsrail və ABŞ arasında kosmik tədqiqat üzrə əməkdaşlıq da gücləndiriləcək.
Ağalar Ağalarlı
Ordu.az