Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən görüş CAR-ın Yohannesburq şəhərində keçirilən BRICS sammiti çərçivəsində 26 iyulda baş tutan ikitərəfli görüşdür.
Bu barədə Çinin Ankaradakı rəsmi səfirinin hərbi attaşesi general Çen Qinqsonq görüşlə bağlı maraqlı açıqlamalar bildirib.
O qeyd edib ki, tərəflər görüşdə bir çox sahədə müzakirələr aparıb. Lakin görüşün əsas mövzusu ikitərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsi olub.
Çin prezidenti Si Tsinpinq görüşdə türkiyəli həmkarı Ərdoğana bildirib ki, ölkəsi Ankaranın gündən-günə sürətlə inkişaf edən hərbi sənayesində aktiv rol almaq istəyir.
Attaşenin sözlərinə əsasən, tərəflər hələlik elan edilməyən bir neçə hərbi istehsal layihəsi üzrə ilkin razılıq əldə ediblər.
Dəyanət Ağalarlı
Ordu.az